Avropa İttifaqının iyulun 15-də bir sıra şəxslərə qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarına Avropanın 9 ölkəsi qoşulub.
Vətəninfo.az xəbər verir ki , bu barədə Avropa Şurasının mətbuat xidmətinin bəyanatında deyilir .
Bu, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Norveç, Şimali Makedoniya, Ukrayna və Monteneqroya aiddir.
İyulun 15-də Aİ Şurası “Rusiyanın hibrid təhdidlərinə” cavab olaraq 9 fiziki şəxs və 6 quruma qarşı əlavə sanksiyalar tətbiq edib.