image-1backend

Daha 9 PKK terroçusu məhv edildi

image-reklam_sirab_01

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-ya üzv 9 terrorçu zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki,  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada terrorçuların gözləyən sondan qaça bilməyəcəkləri vurğulanıb. Açıqlamada bildirilir ki, Türk Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilid” və Metina bölgələrində müəyyən edilən 3 PKK-çı terrorçunu, həmçinin Suriyanın şimalındakı “Fırat Qalxanı” və “Sülh Çeşməsi” bölgələrində aşkarlanan 6 PKK/YPG-li terrorçunu zərərsizləşdirib.

Nazirlikdən verilən açıqlamada “Terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik” ifadələrinə yer verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image