Vətəninfo.az xəbər verir ki, Müxtəlif ölkələrin iranlı idmançılara viza verməməsi hələ də davam edir. Bu dəfə isə Niderland hökuməti iranlılara idman yarışında iştirak etmək üçün viza verməyən digər Avropa ölkələri qrupuna qoşulub.
Məlumata görə, İranın oturaq voleybolçuları (oturaq voleybol – aşağı ətraflarının hərəkət məhdudiyyətli insanların idman növü) idman sahəsində #diplomatiyanın zəifliyinə tuş gəliblər.
Qeyd olunub ki, İranın Oturaq Voleybol üzrə Milli Komandası Parisdə Paralimpiya Oyunlarında iştirak etməzdən öncə və sonrakı hazırlıq məqsədi ilə Niderlandda keçiriləcək beynəlxalq turnirdə qatılmalı idi. Ancaq Niderland səfirliyi iranlılara viza verməkdən imtina edib. Hələlik iranlı idmançılara viza verilməməsinin səbəbi ilə bağlı açıqlama verilməyib.