Vətəninfo.az xəbər verir ki, Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) alacaq. Bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.
Nazir bildirib ki, Bosniya Herseqovina Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətindən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatının alınması ilə bağlı razılaşmanı təsdiqləyib.
“Müqavilə üç idarəetmə sisteminin alınmasını da əhatə edir. Hazırda Bosniya Herseqovina ordusunun iki bölməsi PUA-ların istismarı üçün Türkiyədə təlim keçir”, – deyə Zukan Helez əlavə edib.
PUA-ların ilk partiyasının 2025-ci ilin yanvar ayında Bosniya Herseqovinaya çatdırılması gözlənilir.