Kopenhagen məhkəməsi Danimarka baş nazirini vuran Polşa vətəndaşını 4 aylıq həbs cəzasına məhkum edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “ Associated Press” agentliyi məlumat yayıb .İyunun 7-də Kopenhagenin Kultorvet meydanında polyak Danimarkanın baş naziri Mette Frederiksenin çiyninə yumruqla zərbə endirib.
Qeyd olunur ki, məhkum cəzasını həbsxanada çəkdikdən sonra deportasiya olunacaq və növbəti 6 il ərzində Danimarkaya qayıtmaq hüququ olmayacaq.39 yaşlı polyak hücumdan dərhal sonra həbs edilib və məhkəməyə qədər həbsdə qalıb. İstintaq zamanı o, başqa cinayətlər, o cümlədən cinsi qısnama və dələduzluq da törətdiyini etiraf edib. Bununla belə, hücumçu məhkəmədə təqsiri qəbul etmədiyini, Frederikseni vuran zaman sərxoş olduğunu, lakin sərxoş olmadığını qeyd edib.