image-1backend

Danimarkanın Aasum kəndində 50 vikinqin qalığı tapılıb

image-reklam_sirab_01

Danimarkanın mərkəzində yerləşən Aasum kəndinin kənarında 50 vikinqin qalığı aşkar edilib.

Elektrik xətlərinin təmiri zamanı sahəsi 2 min kvadratmetr olan məzarlıq aşkar edilib.

Torpağın tərkibində yüksək miqdarda su və təbaşirin olduğuna görə yaxşı vəziyyətdə qalan kişi, qadın və uşaq qalıqları tapılıb. Sümüklər DNT testindən keçiriləcək. Arxeoloqlar ümid edirlər ki, bu, qohumluq və miqrasiya əlaqələri kimi vikinq dövrünün sosial strukturları haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.

Danimarka arxeoloqlarının fərziyyələrinə görə, bu insanlar döyüşçü deyil, adi yaşayış məntəqəsinin sakinləri olublar. “Qəbirlərin birində qadının arabada dəfn edilməsi onun cəmiyyətin yuxarı təbəqəsinə mənsub olduğunu ehtimal edir”, – deyə arxeoloq Mikael Borre Lunnö bildirib.

Məzarlarda həmçinin bıçaqlar, broş muncuqlardan düzəldilmiş boyunbağılar və amulet kimi istifadə edilmiş şüşə parçası da var idi. Broşların forması onların 850-900 illərdə dəfn edildiyini göstərir. Artefaktların çoxu Danimarkadan çox uzaq yerlərdən gəlir və vikinqlər dövründəki ticarət yollarına işıq salır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki