image-1backend

Daşnaklar delimitasiya prosesini pozmaq haqda məxfi əmr alıb

image-reklam_sirab_01

Ermənistan mətbuatı Daşnak partiyasına aid məxfi sənədləri açıqlayıb. Belə ki, “Civic” dərgisi 7 aprel 2022-ci ildə Daşnaktsütun (ARFD) Bürosu tərəfindən 34-cü ümumi yığıncaq əsasında partiyanın orqanlarına və üzvlərinə göndərilmiş məxfi sirkulyarını ələ keçirib.

Partiyanın üzvlərinə göndərdiyi sirkulyardakı bəndlərdən birində onlara Azərbaycanla sərhədlərin delimitasiyası prosesini pozmaq, eləcə də regional komunikasiyaların açılmasının mümkün gədər qarşısını almaq tapşırılır.

Diqqəti çəkən odur ki, ARFD Rusiyaya sadiqliyi və onun ölkədə təsir zonalarını, hətta Ermənistanın müstəqillikdən imtinası bahasına qoruyub saxlaması da xüsusi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki