image-8backend

David İşxanyan: “Azərbaycanın Ağdam yolu ilə yük göndərməsi başadüşüləndir”

image-reklam_sirab_01

“Azərbaycanın dünən Ağdam-Xankəndi yolu ilə yük göndərməyə cəhd etməsi başa düşüləndir, lakin qəbuledilməzdir”. Vətəninfo.az xəbər verir ki, bu sözlərin müəllifi Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “parlament”in “spikeri” David İşxanyandır.

O iddia edib ki, Azərbaycan bununla siyasi məqsədlər güdür. “Azərbaycan göstərmək istəyir ki, bu, guya onların daxili problemidir və Qarabağdakı humanitar böhran xarici dünyanı narahat edə bilməz. Baxmayaraq ki, bu problem BMT Təhlükəsizlik Şurasının iclasına qədər gedib, çıxıb”.

Daşnakların nümayəndəsi bildirib ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin Xankəndindən çıxarılmasına və Şuşada və ya Azərbaycanın nəzarətində olan başqa qəsəbədə yerləşdirilməsinə nail olmaq üçün hər cür səy göstərir. “Cenevrədəki ofisinə tabe olan BQXK-nın olması bizim üçün üstünlük və fürsətdir. Axı Azərbaycanda BQXK-nın ofisi var və Bakı da Xankəndi ilə əlaqə yaradaraq Qırmızı Xaç vasitəsilə də bunu edə bilərdi. Bu halda yanaşmalarımız dəyişməzdi. Bütün bunlar yalnız Bakının niyyətlərini gizlətmədiyini müəyyənləşdirir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki