Vətəninfo.az xəbər verir ki, Barcelona klubunun idman direktoru Deco, Lionel Messi ilə bağlı açıqlama verib. O, Messi’nin hələ də yüksək səviyyəli oyunçu olduğunu və komandasının oyununa böyük töhfə verə bildiyini qeyd edib. Lakin Deco, argentinalı ulduzun Barcelonaya mümkün qayıdışı ilə bağlı hər hansı bir müzakirə aparmadıqlarını bildirib.
“Messi böyük futbolçudur və hələ də komandasının oyununa əhəmiyyətli təsir göstərir. Lakin onun Barcelonaya qayıtması ilə bağlı heç bir müzakirə etməmişik. Leo’nun Inter Miami ilə müqaviləsini də nəzərə alsaq, bu variantın real olduğunu düşünmürəm”, – Deco bildirib.
Bu açıqlama, Messinin gələcəyi ilə bağlı müxtəlif spekulyasiyalar dövründə gəlib. Messi 2023-cü ildən etibarən ABŞ-ın Inter Miami klubunda çıxış edir, lakin onun Barcelona’ya geri dönməsi barədə vaxt-zaman xəbərlər gündəmi zəbt edir.


























