Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın “Avami Liqası” partiyasının 29 üzvü bir gündə öldürülüb. Onların meyitləri respublikanın müxtəlif şəhərlərində tapılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
10 Avami Liqası tərəfdarı Şeyx Hasinanın istefa verərək ölkəni tərk etməsi ilə bağlı xəbərlərin ardınca çərşənbə axşamı Sathira şəhərində təşkil edilən hücumda öldürülüb. Partiya liderlərinə və fəallarına məxsus ev və iş yerləri talan və vəhşiliklərə məruz qalıb.
Komila şəhərində nümayişçilərin izdihamının hücumu nəticəsində keçmiş baş nazirin partiyasının 11 üzvü həlak olub. Avami Liqasının keçmiş rayon məclisinin üç mərtəbəli evini yaramazların yandırması nəticəsində 6 nəfər ölüb.
Qurbanlar arasında partiya fəallarının ailə üzvləri ilə yanaşı, uşaqlar da var.