image-6backend

Dəhşətli qəzada 10 nəfər həlak oldu

image-reklam_sirab_01

Tacikistanın cənubundakı Kulyab şəhərində yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb. Qəzaya səbəb yük maşınının əyləclərinin sıradan çıxması olub. Bu barədə Vətəninfo.az  TASS-a istinadən xəbər verir .

Hadisə avqustun 6-da axşam saatlarında baş verib. Yük maşını yolun kənarında olan 7 minik avtomobili və 3 yaşayış evi ilə toqquşub.

“Qəza nəticəsində 7 avtomobilə və 3 yaşayış evinə ziyan dəyib… Yük maşınının sürücüsü hadisə yerində həlak olub”, – Tacikistan hökuməti yanında Fövqəladə Hallar Komissiyasından TASS-a bildiriblər.

Yerli xilasedicilər qəzaya uğramış avtomobillərdən insanları çıxarmaq üçün xüsusi avadanlıqlardan istifadə ediblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki