Torontonun Pearson Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğrayaraq aşması nəticəsində 18 sərnişin yaralanıb. Bu hadisədən əvvəl güclü qar yağması bir sıra reyslərin gecikməsinə və ya təxirə salınmasına səbəb olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.
Hadisə yerli vaxtla fevralın 17-də günorta saatlarında baş verib. ABŞ-ın Minneapolis şəhərindən Kanadanın Toronto şəhərinə uçan təyyarənin göyərtəsində 80 nəfər olub: 76 sərnişin və 4 ekipaj üzvü. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.
Qəzadan sonra hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.