Gürcüstanda prezident seçkiləri bu il dekabrın 14-də keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili büro iclasında bildirib.
Qeyd edilib ki, andiçmə mərasiminin isə 29 dekabrda təşkil edilməsi təklif olunub.
Yeni sistemlə ilk dəfə seçkilər birbaşa səsvermə yolu ilə deyil, səlahiyyətli seçicilər vasitəsilə keçiriləcək.
Səlahiyyətli seçicilər Kolleqiyası 300 üzvdən ibarətdir (təxminən 75%-i hakim “Gürcü Arzusu”nun nümayəndələridir). O cümlədən:
– Gürcüstan parlamentinin 150 üzvü
– Abxaziya Ali Şurasının 20 nümayəndəsi
– Acarıstan Ali Şurasının 21 nümayəndəsi,
– Yerli hökumətlərdən və Sakrebulodan (kəndin, icmanın, qəsəbənin, şəhərin, rayonun nümayəndəlik orqanı)109 nümayəndə
Gürcüstan prezidenti postuna əsas namizəd ölkənin keçmiş baş naziri və hazırkı partiya sədri İrakli Qaribaşvili hesab olunur.
Bu faktı dolayısı ilə onun dünən yeni çağırış deputat mandatından imtina etməsi xəbəri də göstərə bilər.