image-1backend

Dəməşq yaxınlığında kütləvi məzarlıq aşkarlandı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  Suriyanın paytaxtı Dəməşqin çölündə Əsəd rejimi tərəfindən öldürülən minlərlə adamın basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Hökumətin devrilməsi ilə xalqın illərdir çəkdiyi iztirabların dəlilləri bir-bir ortaya çıxır. Dəməşqin Hüseyniyyə bölgəsində aşkar edilən kütləvi məzarlıq da bu sübutlardan biridir. Həbsxanalarda rejim qüvvələri tərəfindən işgəncələrə məruz qalan və öldürülən, haqlarında xəbər alınmayan minlərlə suriyalı bölgədə təxminən 20 metr dərinlikdə 100-dən çox çuxurda basdırılıb.

Qəbiristanlığın təhlükəsizlik işçisi Eymen Halil vətəndaş müharibəsi başlayandan 2 il sonra – 2013-cü ildən indiki kütləvi məzarlığın olduğu yerə yük maşını gəlirdi ki, qoxudan yaxınlaşmaq olmurdu. Sonra anladıq ki, hər həftə bura tikinti texnikası ilə cəsədlər gətirirlər. Rejim qüvvələri iki dostumu da apardı ki, onlardan xəbər ala bilmədik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image