image-reklam-veteninfo
image-rufetquliyevdeputatbackend

Deputat: BNA-nın rəhbərliyi də dəyişməlidir

image-reklam-veteninfo

“Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı açıqlamamda, cənab Prezidentin özünə də qurban olum, qoluna, yəni imzasısına da qurban olum deyə fikir bildirdim. Bunu da götürüb qoluna yerinə boyuna yazıblar”.

Bunu Vətəninfo.az-a açıqlamasında deputat Rüfət Quliyev deyib.
Deputat Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra hakimiyyətimə verilməsini
ümumilikdə çox müsbət qiymətlənditdiyi deməklə yanaşı,onu da deyib ki,o düşünür ki, insanların aksiyası öz nəticəsini verib: ” Yəni cənab Prezident insanların şikayətini nəzərə aldı. Bakı Şəhər İcra hakimiyyəti ilə Daxili İşlər Nazirliyi bu məsələlərin həllində daha professionaldı”.
BNA-nın şəhər meriyasının tabeliyinə verilsi ilə BNA-nın rəhbərliyinin dəyişmə ehtimalına gəlində Rüfət Quluyev deyib ki,sərəncamı diqqətlə oxusaz görəcəksiniz ki, orada maraqlı məqamlar var: “3 ay vaxt verilib. Yeni qurum yaradılacaq. Bu qurumun da yeni funksiyaları olacaq. Hər şey yeniləşəcək. Bir daha təkrar edirəm ki, orada 3 ay vaxt verilib ki, qurumun işləmək funksiyası barədə yeni layihə təqdim olunsun. Bu da o deməkdir ki, tamamilə yeni dəyişikliklər olacaq. Mən yenə qeyd edirəm ki, bu tək bir deputatın yox, Milli Məclisin bir qrup deputatının, camaatın, sürücülərin, Bakıda yaşayan vətəndaşların narazılığı idi ki, o da bax, bu formada öz həllini tapdı”.Deputat bir sıra haqsız cərimələrin bağışlanması ehtimalının olub-olmadığına gəlincə isə “Söhbət cərimələrdən getmir. Söhbət ümumi mexanizmadan gedir. Mən deyirdim ki, siz yeni mexanizmanı, yeni layihəni həyata keçirən qədər elə şərait yaratmalısız ki, insanlar normal formada maşınlarını saxlaya bilsin, rahat formada işlərini görə bilsin. Aptekə, marketə, iaşə obyektlərinə rahat gedə bilsin. Yəni insanlar normal formada pulunu verib maşınlarını park etsin. Və yaxud müvəqqəti 10-15 dəqiqə maşını saxlayıb
aptekə, dükkana daxil ola bilsin. Bugün cərimələri qaldırmaqla hər şey həll olunmur. O qədər cərimələr edilir ki, bu insanların incikliyinə səbəb olur. İndi şərait yaradılmalıdır ki, insanlar komfort şəkildə maşınlarını saxlayıb, hərəkət edə bilsin. Mən inanıram ki, bundan sonra konseptual şəkildə hər şey dəyişiləcək”-deyə fikirini əlavə edib.

Turqay
Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki