image-reklam-veteninfo
image-fb_img_1753352635985backend

Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri ilə görüşdü – FOTOLAR 

image-reklam-veteninfo

Milli Mətbuat günü ərəfəsində 115 saylı seçki dairəsinin deputatı Cavanşir Feyziyev Şəki şəhərinə səfər edib. Millət vəkili 22 iyul tarixində Milli mətbuatın yaranmasının 150 illiyi münasibətilə Şəkidə keçirilən tədbirdə iştirak edib. Tədbirdə İcra Hakimiyyəti orqanları , Şəki ziyalıları və ölkənin şimal- qərb bölgələrində fəaliyyət göstərən media orqanlarının təmsilçiləri iştirak ediblər. Millət vəkili tədbirdə çıxış edərək Milli mətbuatımızın xalqımızın milli- mədəni inkişafındakı rolundan danışıb, bölgə jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib və onlara Azərbaycan Jurnalistlər Birliyinin və Mahmud Kaşqarı adına Beynəlxalq Fondun mükafatlarını təqdim edib. Bölgə jurnalistləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildiriblər.
23 iyul 2025- ci ildə deputat Cavanşir Feyziyev seçiciləri qəbul edib. Deputat görüş üçün qeydə alınmış 11 vətəndaşın müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həll edilməsi üçün atılacaq müvafiq addımlar müəyyənləşdirilib.

image-fb_img_1753352640969 image-fb_img_1753352635985 image-fb_img_1753352632884 image-fb_img_1753352629847 image-fb_img_1753352626168


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki