image-1backend

Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü

image-reklam_sirab_01

16 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən Bərgüşad kəndində kənd şəhidlərinin xatirə kompleksini ziyarət etdikdən sonra, Ucar rayonunun Bərgüşad kəndində l Qarabağ müharibəsi şəhidi Behbudov Əli Durmuşəli oğlunun anası Behbudova Camal Yasin qızının vəfatı ilə əlaqədar mərhumun ailəsini ziyarət edib və övladlarına başsağlığı verib. Daha sonra Bərgüşad kəndində Vətən Müharibəsinin şəhidi Mehdili Niftalı Qnyaz oğlunun ildönümündə iştirak edib, onun və digər kənd şəhidlərinin məzarını ziyarət edərək gül dəstələri qoyub. Deputat Ramil Həsən Bərgüşad kəndində keçirilən şəhid ildönümü ilə bağlı tədbirdən sonra Ucar şəhər mərkəzində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının akt zalında seçicilərlə görüş keçirib.

Ucar rayon seçiciləri ilə görüş çərçivəsində millət vəkili Ramil Həsən vətəndaşları qəbul edib, onları narahat edən qayğı və problemlərlə maraqlanıb. Seçicilər görüşdə əsasən işsizlik, küçə yolların asfaltlanması, sosial problemlərin həlli, su, kanalizasiya problemləri, maddi dəstək, pensiya təyinatı, rayon mərkəzində yol-nəqliyyat infrastrukturu, məhkəmə işi və digər məsələlərlə bağlı fikirlərini millət vəkilinə bildiriblər.

Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Ramil Həsən seçicilərini maraqlandıran və narahat edən məsələlərin öz tərəfindən araşdırılacağını və müvafiq dövlət qurumlarına çatdırılması ilə əlaqədar tədbirlərin görüləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki