image-default-1backend

Deputatlar iclasda yumruq davasına çıxdılar 

image-reklam_sirab_01

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurinin parlamentdə çıxışı zamanı deputatlar arasında dava düşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan xəbər verir.

“Aqmaşenebel Strategiya” partiyasının lideri Giorgi Vaşadzenin “Xalq hakimiyyəti” və hakim “Gürcü arzusu”nun nümayəndələrinə kəskin açıqlamalar verməsindən sonra vəziyyət gərginləşib.

Müxalifətlə əksəriyyət arasında qarşılıqlı təhqirlər Vaşadze ilə “Xalq Gücü” partiyasının deputatı Daçi Beranın davasına çevrilib. Onları ayırmaq yalnız həmkarların və məhkəmə icraçılarının müdaxiləsindən sonra mümkün olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki