image-1backend

Deputatlığa namizədin universitet gizlinləri: Eldar Quliyev ali məktəbdə ailə podratı qurub

image-reklam_sirab_01

Milli Məclisə seçkilər yaxınlaşdıqca, parlamentdə deputatlıq mandatı əldə etmək uğrunda mübarizə daha gərgin mərhəyələ qədər qoyur. Təbliğat-təşviqat kampaniyası başlayan kimi namizədlər seçicilərə üz tutur, onların səslərini qazanmaq üçün açıq rəqabətə girirlər.

İllərdir ki, Milli Məclisdə kreslo sevdasından əl çəkmək niyyətində olmayan bəzi deputatlar, budəfəki seçkilərdə də sözügedən kresloya olan sevdalarını daha israrlı şəkildə sübut edirlər.

Vətəninfo.az xəbər verir ki, belə namizədlərdən biri, 2000-ci ildən bəri II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş Eldar Allahyar oğlu Quliyevdir. Yaşı 70-i haqlamış bu qocaman deputat bu dəfə də parlament kreslosunda oturmaqda qərarlıdır.

Deputatın adı vaxtilə bir sıra qalmaqallarda da hallanıb. Belə ki, jurnalist Aygün Muradxanlı aidiyyatı dövlət qurumlarını Eldar Quliyevin yol verdiyi qanunsuzluqlarla bağlı başlayan qalmaqal məhkəmə çəkişmələri ilə uzun müddət davam etmişdi.

“Bizim Daxili İşlər Nazirliyinə müraciətimizə qısa zamanda baxıldı və nazir müavini hörmətli Oruc Zalov məsələni yoluna qoydu. Bu haqda Prezident İlham Əliyevə videomüraciətimizdə də ətraflı danışmışdıq.
Qanunları ayaq altına alan və özbaşınalıqları sərhəd tanımayan Eldar Quliyev dövlət orqanlarını öz ambisiyaları üçün istifadə etmək istəyir. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyinə səslənirəm – hələ mandatı tanınmamış, haqqından MSK-da və prokurorluqda böyük sayda şikayət olan Eldar Quliyevin Azərbaycan dövlətinin təməlinə vurmaq istədiyi zərbələrdə onun yanında olmayın”- deyə jurnalist bildirib.

Digər tərəfdən, Eldar Quliyevin rəhbərilik etdiyi Azərbaycan Kooperasiya Universitetinin adı vaxtilə rüşvət qalmaqalları ilə bağlı məlumatlar uzun müddət medianın mövzuları sırasında olub.
Mediada gedən yazılardan məlum olurdu ki, universitetin bir tələbəsinin dediklərinə görə, idən-ilə qiymətlər də qalxır. “Müəllimlər isə oxuyan tələbə ilə oxumayan tələbə arasında heç bir fərq qoymur. Məsələn, imtahanın biri üçün 100 manat veririksə, onun 20 manatı sinif nümayəndəsinə qalır. Çox vaxt qaibləri də onun vasitəsilə sildiririk. Tapşırırıq, o da bizə qaib yazdırmır. Qaibin biri 6 manatdır. O isə 4 manata silir”, – deyə həmin tələbə qeyd etmişdi.
Digər bir tələbənin dediklərinə görə isə, “3″ almaq istəyən 30, ”4″ almaq istəyən 60, “5″ almaq istəyən tələbə isə 100 manat ödəməlidir. İmtahana girməzdən öncə pulumuzu alırlar. Ancaq imtahan başlayandan sonra müəllim deyir ki, mən sizi tanımıram. İmkan olsa, imtahanın sonunda sizə kömək edərəm. Təhsil Nazirliyinin nümayəndələri də imtahan prosesində iştirak etdiyi üçün suallara cavab yazmaq üçün heç bir vasitədən istifadə etməyə qoymurlar. Ona görə də verdiyimiz pulların bir nəticəsi olmur. Ancaq imtahan öncəsi müəllimlər bizi kəsəcəkləri ilə hədələyirlər. Pul verəndə heç olmasa imtahandan keçəcəyimizə 20 faiz inanırıq. Bəzən çoxları pul versələr də kəsilirlər. Müəllimlər imtahandan sonra tələbələrin pulların geri qaytarmır”, – deyə tələbə bildirib.
Bir zamanlar aktualinfo.org-da dərc edilən məlumatlarda bildirilir ki, Kooperasiya Universitetində və Kooperasiya Kollecində deputat Eldar Quliyevin və onun qardaşı qızı Fatimə Quliyeva rüşvətxorluqla məşğuldurlar. Onlar hər semestr əlaltıları vasitəsi ilə tələbələrdən külli miqdarda pul yığırlar. Universitetdə əyani şöbədə oxuyan hər tələbədən bir imtahana 100-150 manat, qiyabi şöbədə adı gedən tələbələrdən isə 300 və daha çox rüşvət alnır. Kollecin əyanı şöbəsində təhsil alan hər tələbədən isə bir imtahan 50 manat olmaqla, 400-500 manat, qiyabi şöbədə isə hər tələbədən bir imtahan 70 man olmaqla, 700 man qədər pul yığılır. Sayta verilən məlumatlara görə, burada özləri şərait yaradırlar ki, tələbələr dərslərə gəlməsinlər.

Məlumatlarda Eldar Quliyevin və qardaşı qızının hansı müəllimdən xoşları gəlmirsə, min cür şər atıb o müəllimi işdən çıxarıldığı da bildirilir. Bütün fənnlər üzrə hər müəllimə ildə iki dəfə imtahan keçirilir.(pul və hədiyyə almaq üçün) Kim əvvəlcədən onları görürsə, deməli bir il kef edəcəksən. İstəyirsən gir sinifdə telefonla oyun oyna, heç kəs heç nə deməyəcək. Vay onda ki, müəllim dərs keçə, uşaqlara nəsə öyrədə, deməli o müəllim pisdir. İlin ən pis müəllimi adını alır.

Qeyd olunur ki,Eldar Quiyev bir rektor kimi nə müəllimi nə də tələbəni qəbul etmir. Kollecdə isə vəziyyət lap acınacağlıdır. Katibə xanım müəllimənin əlinə baxır. Əgər əlində hədiyyə varsa, deməli sən çaldın. Sənin üçün yaşıl işiqdir. Qəbul edəcəklər, başlarında gəzdirəcəklər. Vay o gündən ki, əliboş gələsən. Sənə elə sözlər deyəcəklər ki, anadan əmdiyin süd burnundan gələcək.

Məlumatlarda rəhbərlik ilə müəllimlər arasında görüş ancaq şəxsi münasibətlər zəminində baş tutduğu bildirilir. Qeyd edilir ki, barrikada Universitetdə və Kollecdə çox gözəl qurulub. Tankla, zirehli maşınlarla ora keçmək mümkün deyil. Eldar Quliyev rektor, qızı Aygün Quliyeva – prorektor, qardaşı qızı Fatimə Quliyeva – kollecin direktoru, Fatimə Quliyevanın xalası qızı Gunay və katibəsi Həmidə öz yaxın qohumlarıdır.

Məlumatlarda çox müəllimlərin ixtisası üzrə işləmədikləri və diplomlarının olmadığı barədə də siqnallar verilir və qeyd edilir ki, Ukraynada həkimliyi bitirib gəlmiş müəllimə ingilis dilindən dərs deyir. Maştağadan öz qohumlarını müəllim adı ilə gətiriblər, kurs açıblar və hər müəllimdən hər ay 30 azn pul yığılır. Ştatda olmayan müəllimlərə (saat hesabı) 1000-1200 saat dərs verilib, lakin 250 saat dərs verilməlidir.yenicag.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki