image-2backend

Dini Komitənin sədri Kambocaya səfər edəcək

image-reklam_sirab_01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kambocaya səfər edəcək.

Bu barədə Vətəninfo.az-a Dini Komitədən məlumat verilib.

Bildirilib ki, o, noyabrın 23-dən 26-dək paytaxt Pnompen şəhərində keçiriləcək Kamboca Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda keçiriləcək 11-ci plenar sessiyasında iştirak edəcək.

İki plenar sessiyadan ibarət tədbirdə sülh, tolerantlıq, birgəyaşayış ilə bağlı ümumi narahatlıq doğuran qlobal məsələlər müzakirə ediləcək. Sonda sülh, barışıq və tolerantlıq axtarışı üzrə Pnompen Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq və sülh mədəniyyətini təbliğ etmək məqsədi daşıyan Qlobal Tolerantlıq və Sülh Şurası müasir dünyada bu anlayışların təşviqi istiqamətində əməkdaşlığın müzakirə olunduğu platformadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image