image-reklam-veteninfo
image-1backend

Diyarbəkir Türkiyənin neft tələbatının dörddə birini ödəyə bilər

image-reklam-veteninfo

ABŞ-ın “TransAtlantic Petroleum” enerji şirkəti Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində neft və qaz ehtiyatları ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Türkiyə mətbuatının məlumatına görə, amerikalı mütəxəssislərin qiymətləndirməsinə əsasən, bölgədə gündəlik neft hasilatı 250 min barelə, təbii qaz hasilatı isə 25 milyon kubmetrə çata bilər.

Vətəninfo.az xəbər verir ki, şirkətin baş direktoru Meloun Mitçell bildirib ki, hesablamalara əsasən, bu hasilat səviyyəsi uzun müddət davamlı şəkildə qoruna bilər.

“Diyarbəkirdə ən azı 25 quyu qazmaq mümkündür. Üfüqi qazma texnologiyası burada müsbət nəticələr verə bilər. Diyarbəkirin ehtiyatları Türkiyənin enerji tələbatının müəyyən hissəsinin ödənilməsinə imkan yaradacaq”, – deyə o bildirib.

Mütəxəssislərin hesablamalarına görə, bölgədə əldə oluna biləcək neft hasilatı Türkiyənin ümumi neft ehtiyacının təxminən dörddə birini qarşılaya bilər.

“TransAtlantic Petroleum” şirkəti Türkiyənin şimal-qərbində yerləşən Frakiya bölgəsini də enerji ehtiyatları baxımından perspektivli ərazi hesab edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki