Vətəninfo.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qәrbә qarşı olan ölkәlәrә nüvə silahı istisna olmaqla müxtəlif rus silahlarının verilmәsinin vacibliyini vurğulayıb.
Dmitri Medvedev ‘‘Telegram’’ kanalında verdiyi açıqlamada Amerika Birlәşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarını qiymәtlәndirib.
Dmitri Medvedev vurğulayıb ki, bu sanksiyalara reaksiya vermək lazımdır.
“Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vuraq. Onlar Qərb dünyasının düşmənlərini silahlandıracağımızdan qorxurlarmı? Hələlik, biz onlara nüvə silahı istisna olmaqla, bütün mümkün silah növlərini vermәliyik. Düşmənimizə qarşı qayda olmamalıdır. Rusiyaya ziyan vurduqlarına görə əziyyət çəkməlidirlər”,-deyә Dmitri Medvedev vurğulayıb.
ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi ötən gün Ukrayna müharibəsinә görә Rusiyaya qarşı sanksiyaların əhatə dairəsini genişləndirdiklərini və təxminən 300 şəxsin və şirkətin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin ötən həftə verdiyi açıqlamada “Rusiyanın Ukraynaya silah verən ölkələrin həssas hədəflərini vuracaq bölgələrə, tәzyiq altında olan dövlətlərə və bəzi qanuni strukturlara uzaqmənzilli silahlar göndərmək hüququ var”ifadәlәrini işlәdib.