Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiya təbii qazının Avropaya daşınması üçün Türkiyədə təbii qaz mərkəzinin yaradılması kimi alternativ yolların olduğunu bildirib.
Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə bu il başa çatacaq təbii qaz tranziti müqaviləsinin uzadılmayacağı ilə bağlı açıqlamasını qiymətləndirən Dmitri Peskov deyib: “Alternativ marşrutlar və Türkiyədə təbii qaz mərkəzinin yaradılması kimi planlar var. Bu məsələ ilə bağlı işlər davam edir”.
Dmitri Peskov Avropadakı bəzi ölkələrin hələ də Rusiya qazından istifadə etdiyinə diqqət çəkərək deyib:“Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına ciddi zərbə vuracaq”.