Türkiyənin Vətən Partiyasının baş katibi Doğu Perinçək deyib ki, Türkiyə Krımı Rusiyanın bir hissəsi kimi tanımalıdır.
Veteninfo.az xəbər verir ki, Perincək RİA Novosti-yə müsahibəsində deyib ki, Qara dəniz və Aralıq dənizində Rusiya ilə Türkiyə arasında əməkdaşlıq üçün möhkəm zəmin var. Siyasətçi hesab edir ki, Rusiya-Türkiyə münasibətlərini yaxşılaşdırmaq üçün Moskva Şimali Kipr Türk Respublikasını, Ankaranı isə Krımı Rusiya ərazisi kimi tanımalıdır.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankara Krımı Rusiyanın bir hissəsi kimi tanımır və yarımadanı ilhaq edilmiş ərazi hesab edir.
BMT-yə Türkiyənin Krımı Rusiya kimi tanımadığını deyən Rəcəb Ərdoğanın sözlərindən Moskva məyus olub. Dmitri Peskovun sözlərinə görə, Türkiyə prezidentinin Rusiyaya səfəri ərəfəsində bunu deməsi xüsusilə təəssüf doğurur.


























