image-reklam-veteninfo
image-kiel-sh-germany-march-29-2025-smartphone-displaying-european-unionbackend

Donald Tramp: “Əgər Aİ bazarını bizə açsa, daha aşağı gömrük rüsumu tətbiq olunacaq”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda süni intellekt mövzusunda keçirilən tədbirdə çıxışı zamanı ticarət razılaşmaları ilə bağlı mühüm açıqlamalar verib. Tramp bildirib ki, əgər Avropa İttifaqı (Aİ) bazarını Amerika şirkətləri üçün açarsa, Aİ-yə daha aşağı gömrük vergiləri tətbiq olunacaq.

Vətəninfo.az xəbər verir ki, ABŞ lideri çıxışında Yaponiyayla ticarət razılaşmasını tamamladıqlarını xatırladaraq, bu kimi bir çox razılaşmaların imzalandığını deyib. Tramp qeyd edib: “Bir ölkənin bazarını açması bizim üçün çox vacibdir.”

Prezident bəzi ölkələrə sadələşdirilmiş tariflər tətbiq olunacağını, digərlərinə isə 15%-dən 50%-dək dəyişən gömrük rüsumlarının nəzərdə tutulduğunu vurğulayıb. “Bəzi ölkələrə 50%-lik tarif qoyacağıq, çünki həmin ölkələrlə münasibətlərimiz yaxşı deyil,” – deyə Tramp əlavə edib.

Tramp onu da bildirib ki, uzun müddət qapalı qalmış ölkə bazarlarını açmağa nail olublar. Avropa İttifaqı ilə də ciddi danışıqlar aparıldığını qeyd edən ABŞ Prezidenti bu quruma yeni ticarət razılaşması təklif olunduğunu açıqlayıb.

“Əgər Aİ Amerikan şirkətləri üçün öz bazarını açmağa razılıq versə, onlar daha aşağı gömrük rüsumu ödəyəcəklər,” – deyə Tramp vurğulayıb.

Tramp həmçinin Böyük Britaniya, Filippin, İndoneziya və digər ölkələrlə də ticarət sazişləri bağladıqlarını, Çinlə isə bu istiqamətdə danışıqların davam etdiyini bildirib. O, dünya üzrə bir çox ölkəyə birbaşa tarif tətbiq etməyi planlaşdırdıqlarını qeyd edib: “Çünki 200-dən çox ölkə var və bu qədər ölkə ilə fərdi saziş bağlamaq qeyri-mümkündür. Amma bir çox razılaşma yoldadır.”

ABŞ Prezidenti Yaponiyadan tutmuş Avropa İttifaqına qədər bir sıra ölkələrlə “əla münasibətlərin” olduğunu, Çinlə də yaxşı əlaqələr saxladıqlarını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki