Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gəncliyində fast food restoranları şəbəkəsində işlədiyini, getdiyi restoranda kartof qızartması hazırlayaraq müştərilərə təqdim etdiyini deyən demokrat rəqibi Kamala Harrisə inanmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki,ABŞ-ın keçmiş prezidenti Tramp Pensilvaniya ştatında seçki fəaliyyəti çərçivəsində fast food restoranları şəbəkəsinə daxil olub.
Gəncliyində bu restoranların bir şöbəsində çalışdığını deyən Demokrat rəqibi Harrisə inanmadığını bildirən Tramp, “Hər kəsə salam, bu gün bu restoranda ilk günümdür, iş axtarıram” deyib.
Restoranda işçilərin əlini sıxan Tramp daha sonra pencəyini çıxarıb, önlük taxıb və kartof qızartma aparatından istifadə edib və bir neçə ailəyə menyu təqdim edib.
Ətrafdakı Respublikaçı tərəfdarlar Trampa böyük maraq göstərib, o, həm də maşınla gələn müştərilərlə söhbət edib.
Hazırladığı kartof qızartmasını da mətbuat mənsublarına təklif edən Tramp bu müddət ərzində jurnalistlərlə söhbət edib.
Harris prezidentliyə namizəd olduqdan sonra qatıldığı proqramda gəncliyində fast food şəbəkəsinin bir şöbəsində işləyərkən kartof qızartdığını, daha sonra isə kassada işlədiyini söyləyib.