ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə debata tam hazır olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Fox News xəbər verir.
Seçkiqabağı debat üçün Harrislə görüşmək imkanını şərh edən Tramp deyib ki, onun heç bir debata etirazı yoxdur.
Keçmiş prezident debat keçirməyə söz verməyə hazır olduğunu bildirib və Harrisin onun üçün hazırkı prezident Co Baydendən daha asan rəqib olduğunu vurğulayıb.
Bundan əvvəl Tramp OPEK ölkələrinin Harrisin qələbəsi ümidi ilə neft qiymətlərini aşağı salmağa çalışdıqlarını açıqlamışdı.
İyulun 27-də Tennessi ştatının Nashville şəhərində keçirilən Bitcoin 2024 konfransında çıxış edən Tramp seçki yarışındakı rəqibi Harrisin çox aşağı IQ səviyyəsinə malik olduğunu bildirib.


























