Vətəninfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib ki, Çinin “ByteDance” korporasiyası 170 milyon amerikalının istifadə etdiyi ”TikTok”u satmaq üçün aprelin 5-nə qədər müqavilə bağlayacaq.
Donald Tramp, ”TikTok”un milli təhlükəsizlik baxımından qadağan edilməməsi üçün çinli olmayan bir alıcıya satılmasının vacibliyini vurğulayıb. ”ForceOne” telekanalına müsahibə verən Tramp deyib: “TikTok-u almaq istəyən çox sayda potensial alıcımız var. TikTok-a böyük maraq var”.
Qeyd edək ki, ”TikTok” məsələ ilə bağlı hələlik açıqlama verməyib. ”Reuters”in məlumatına görə, ”Blackstone” özəl kapital şirkəti ”TikTok”un ABŞ-dakı əməliyyatlarına kiçik sərmayə yatırmağı düşünür. Məsələ ilə bağlı məlumat verən iki mənbənin açıqlamasına görə, ”Blackstone”, ”ByteDance”in ”Susquehanna International Group” və ”General Atlantic” tərəfindən idarə olunan mövcud qeyri-çinli səhmdarlarına qoşulmağı və ”TikTok”un ABŞ-dakı biznesini almaq üçün yeni sərməyə yatırmaq məsələsini nəzərdən keçirir. Bu qrup indiyə qədər ən güclü namizəd kimi ön plana çıxır.
Vaşinqton Pekinin ABŞ-a qarşı təsir əməliyyatları aparmaq və amerikalılar haqqında məlumat toplamaq üçün ”TikTok” proqramından istifadə edə biləcəyini iddia edir.
Tramp daha əvvəl də sosial media tətbiqi ilə bağlı razılaşma əldə olunmazsa, müqaviləni uzatmağı düşünəcəyini söyləmişdi. Donald Tramp keçən həftə Çinin müqavilənin müddətinin bitməsində onaylayıcı rolunu qəbul edərək deyib: “Bəlkə bunu gecikdirmək üçün vergi güzəştləri tətbiq edə bilərəm”.
Vitse-prezident J.D. Vans sosial media platformasının mülkiyyətinə dair müqavilənin geniş konturlarının aprelin 5-nə qədər yekunlaşacağını gözlədiyini bildirib. 2024-cü ildə təsdiqlənən qanuna əsasən, Çinin ”ByteDance” korporasiyası 19 yanvar tarixinə qədər ”TikTok”u ABŞ-da fəaliyyətini dayandırmalı idi.