Dünən axşam ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov da “TASS” agentliyinə təsdiqləyib.
Trampın Putinlə danışıqlarının tam mətni:
“Rusiya Prezidenti Vladimir Putinlə telefondan indicə ayrıldım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın Rusiya təyyarəsinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyil. Prezident Putin çox sərt şəkildə dedi ki, aerodromlara son hücuma cavab verməli olacaq.
Biz İrandan da danışdıq və İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtın necə daraldığını və bu, tez bir zamanda qəbul edilməlidir! Mən prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz razılaşdıq. Prezident Putin təklif edib ki, o, İranla danışıqlarda iştirak edəcək və ola bilsin ki, danışıqların tezliklə yekunlaşmasına kömək etsin. Fikrimcə, İran bu çox vacib məsələyə ayaq açır və bizə çox qısa zaman ərzində qəti cavab lazım olacaq!”.