Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp istehsal prosesləri üçün lazım olan avadanlıq və yarımkeçiricilər də daxil olmaqla bir sıra malların idxalına 25 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki. bu barədə Ağ Ev tərəfindən yayımlanan məlumatda bildirilir.
Prezident Tramp, tarifləri ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq etdiyini vurğulayıb. Ancaq, bu yeni tariflər Amerika çiplərinin istehsalı, məlumat mərkəzləri, tədqiqatlar, startap layihələri və mülki sənaye tətbiqləri üçün xarici ölkələrdən ABŞ-a tədarük edilən yarımkeçiricilər üçün istisna təşkil edir.
Ağ Ev həmçinin bildirib ki, ABŞ-ın sənaye potensialı, ölkənin milli müdafiə ehtiyaclarını və kommersiya sektorunun artan tələblərini tam şəkildə ödəmək üçün kifayət etmir.


























