image-1backend

Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hələ də rəsmi planı yoxdur – Ukrayna prezidenti

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın hələ də Rusiya-Ukrayna müharibəsini bitirmək üçün rəsmi planının olmadığını bildirib.

Vətəninfo.az xəbər verir ki , o, bu barədə “İnterfaks-Ukrayna” agentliyinin sualına cavabında bildirib.“Onun sülh planı hələ rəsmi deyil”. “Bu və ya digər nəşrlərdə olanlar, əminəm ki, prezident Trampın rəsmi proqramı deyil”, – Zelenski deyib.

O vurğulayıb ki, Trampın proqramla bağlı yalnız ilkin baxışı var, lakin onun andiçmə mərasimindən əvvəl konkret müzakirələr aparılıb.“Ukrayna və Amerika komandaları birlikdə işləyəcək, çünki heç kimdən, hətta ABŞ-dan da ayrıca plan ola bilməz”.

“Rəsmi danışıqlarımızı və onların nəticələrini gözləyək”, – deyə Ukrayna prezidenti əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image