image-1backend

Donald Tusk:”Biz bu əraziləri minalamaq niyyətində deyilik”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk təsdiq edib ki, ölkə hakimiyyəti “Şərq qalxanı” layihəsi çərçivəsində Rusiya və Belarusla sərhəddə piyada əleyhinə minalar quraşdırmaq niyyətində deyil.

Varşava bu cür minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətində deyil. Tusk bu barədə Polşa baş nazirinin ofisinin sosial şəbəkələrdə yayımladığı mətbuat konfransında bildirib.

“Biz hələ də Polşanın Rusiya və Belarusla sərhədini minalamağı planlaşdırmırıq. Biz Polşanın bu məsələdə beynəlxalq hüququn dəyişdirilməsi təşəbbüsü ilə çıxış etməsini planlaşdırmırıq”, – deyə Polşanın baş naziri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki