Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür.
Vətəninfo.az xəbər verir ki, sənətçi 70 yaşını qeyd edir.
Bu münasibətlə Xalq artisti ilə əlaqə saxladıq. N.Mehdixanlı saytımıza açıqlamasında bildirdi ki, bu gün üçün fərqli planı yoxdur: “Xüsusi bir duyğu yoxdur. 60, 70, 80… İlləri heç vaxt saymamışam, saymıram. Normal bir günə oyanmışam, səhər efirə getmişəm, indi də işdəyəm. Xüsusi şəkildə yubiley qeyd etmək nəzərimdə yoxdur. Dostlarımla axşam Qış parkında bir az gəzəcəyik. Sonra da oturub çay içəcəyik. Evdə də xanım, uşaqlarım süfrə hazırlayırlar. Ənənəvi olaraq məni ilk uşaqlarım təbrik edir. Ən yaddaqalan ad günüm isə 2020-ci ildə olub. Həmin il ad günümü, 65 yaşımı cəbhədə, əsgərlərin yanında qeyd etmişdim”.
Qeyd edək ki, Nurəddin Mehdixanlı 1956-cı il oktyabrın 6-sı Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, uzun illərdir Akademik Milli Dram Teatrının səhnəsində çıxış edir. Xalq artisti həm teatr, həm də kino sahəsində çoxsaylı yaddaqalan obrazlar yaradıb. Xüsusilə Bəbir bəy, Şəmistan ağa, Vətən, Gur Şad, Cavad xan və Əmir Teymur kimi obrazlar onun aktyor yaradıcılığında seçilən rollardandır.
O, 1998-ci ildə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.””Cebheinfo.az”


























