image-ilham-ismayilov-atxembackend

“Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” — ATXƏM sədri

image-reklam_sirab_01

“Bu günlər Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edir. BMT-nin Baş katibi Antonio Quterreşin, Avropa Şurasının Baş katibi Alen Bersetin, dövlət başçılarının, həmçinin, beynəlxalq təşkilatların, xüsusilə Türkdilli dövlətlərin demək olar ki, hamısının yüksək səviyyədə iştirakını, həm də iştirak edən nümayəndələrin çoxluğunu və COP29-un dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan biri olmasını nəzərə alsaq, ölkəmizə qarşı qarayaxma kampaniyalarının artmasının səbəbi aydın olur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib. İ.İsmayılov bildirib ki, onların səs verərkən məqsədi belə böyük bir tədbirin keçirilməsinə qarşı dünyanın, əsasən də, Ermənistanın diqqətini siyasi dustaqlar məsələsinə çəkmək idi:

“Necə oldu ki, COP29-un Bakıda keçirilməsinə razılıq verənlər sonra birdən-birə etiraz etdilər. Bilirik ki, Avroviziya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları vaxtı da Azərbaycana qarşı belə kampaniyalar oldu. Lakin bu tədbirlərdən sonra Azərbaycan addım-addım tanındı, dünya Avropaya Azərbaycanın gözü ilə baxmağa başladı. Biz də getdiyimiz, tədbirlər keçirdiyimiz yerlərdə bizə olan münasibətin dəyişdiyini müşahidə edirdik, bizi gülə-gülə qarşılayırdılar”.

ATXƏM sədri qeyd edib ki, bu gün iqlim dəyişikliyi üçün ekologiyanı çirkləndirən, zərərli qazların atmosferə yayılmasına səbəb olan Çin, Rusiya, Hindistan, Amerika kimi ölkələr daha çox narahat olmalıdırlar:

“Əgər Azərbaycan kimi bir dövlət belə böyük, mühüm bir tədbirə ev sahibliyi edirsə və narahatçılıq təbili çalınırsa, bu dövlətlər həmin kampaniyaya qoşulurlarsa, bu artıq məqsədyönlüdür. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin ekologiyanı məhv etmələri, həmin ərazilərdə törətdikləri vandalizm göz qabağındadır. Əgər Ermənistan sülh tərəfdarı olsaydı, belə mühüm bir tədbirdə iştirak etmiş olardı. Lakin gördüyümüz kimi, Ermənistan terrorist bir dövlət kimi bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən tədbirə qatılmayıb.Beləliklə, dövlətimizə qarşı bu çirkin kampaniyaları aparanlar heç nəyə nail ola bilmədilər, cəhdləri boşa çıxdı”.

İ.İsmayılov əlavə edib ki, COP29 çərçivəsində mühüm addımlar atılır, sazişlər imzalanır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevim, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü və onların yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalaması Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında və Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində yeni imkanlar açmış oldu. Biz də vətəndaş cəmiyyəti təmsilçisi olaraq ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətə daim dəstək veririk. Düşünürük ki, bu cür dünya əhəmiyyətli tədbirlərin keçirilməsi təqdirəlayiqdir və nəticəsi qənaətbəxş olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image