image-1backend

DSMF məmuru Elvin Vəliyevin lüks həyatı – Fotolar

image-reklam_sirab_01
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Qazax-Tovuz Regional filialının rəhbəri Elvin Vəliyev xaricdəki səyahətləri ilə diqqət çəkir.
 
Əldə etdiyimiz məlumata görə, sadə məmur maaşı alan filial müdiri istirahət üçün ailə üzvü ilə dünyanın müxtəlif şəhərlərinə üz tutur.
Vəliyevin səyahət etdiyi ölkələr arasında Monteneqronun məşhur Budva şəhəri xüsusi yer tutur. Turistlər arasında “Balkan Mayamisi” adlandırılan bu şəhər, gözoxşayan təbiəti və dəbdəbəli istirahət imkanları ilə seçilir. Bununla yanaşı, o, Stari Bar, Perast, Sveti Stefan, Budva Bələdiyyəsi kimi məşhur Monteneqro məkanlarında da olub. Səyahət marşrutu təkcə Monteneqro ilə bitmir – Vəliyev Albaniyanın Şkodra şəhərində də vaxt keçirib. O, həmçinin Ponta Beach Bar kimi lüks istirahət məkanlarında da olub.
Elvin Vəliyevin xarici səyahətləri bəzi suallar doğurur. Onun sadə məmur maaşı ilə ölkə-ölkə gəzintiləri diqqətçəkən məqamlardandır. Məlum olan budur ki, o, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin oğludur.
Məmur övladlarının aktiv və dəbdəbəli həyat tərzi cəmiyyətdə daim maraq doğurub və bu tip xəbərlər ictimai diqqət mərkəzində qalmağa davam edir.
Mənbə: 32gün.az
PS: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Sadə Məmur Maaşı ilə Lüks Səyahətlər –DSMF PHŞ-nin regional rəhbəri Elvin Vəliyevin göz qamaşdıran HƏYATI / FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image