image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-31-55_c7f9e1a9backend

DSMF-nin sosial layihəsində şəhid xanımlar üçün psixoloji təlim keçirilib

image-reklam-veteninfo

 

4 iyun tarixdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən təşkil olunan sosial layihə çərçivəsində şəhid xanımlar üçün psixoloji dəstək təlimi baş tutub.
Təlimdə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova ekspert təlimçi qismində iştirak edib. O, şəhid xanımlarının emosional rifahını gücləndirmək, psixoloji dayanıqlığı artırmaq və stresslə başa çıxma bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif praktiki məşğələlər aparıb.
Vüsalə xanım bildirib ki, bu cür layihələr insan ruhunun həssaslığını kəşf etmək, həmrəylik və mənəvi dəstək göstərmək üçün böyük önəm daşıyır və şəhid ailələrinin psixoloji dayanıqlığının gücləndirilməsi istiqamətində yol hələ uzundur.
O, layihəyə dəvət və dəstəyə görə DSMF-yə təşəkkürünü ifadə edib və belə təşəbbüslərin gələcəkdə davam etməsinin vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki