image-1backend

Dubaya uçan təyyardə problem yarandı: Geri qayıtdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Mineralnıye Vodıdan Dubaya uçan Azimut Hava Yollarına məxsus təyyarə təyyarənin sistemlərindən birində indikatorun nasazlığı səbəbindən  hava limanına qayıdıb.

“Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə A46087 Mineralnıye Vodı-Dubay reysinin komandiri təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar 2025-ci il fevralın 23-də uçuş hava limanına qayıtmaq qərarına gəlib”, – aviaşirkətin məlumatında deyilir.

Moskva vaxtı ilə saat 6:11-də təyyarə Mineralnıye Vodı hava limanına təhlükəsiz eniş edib. Uçuşun sərnişinləri Azimut Hava Yollarına məxsus ehtiyat təyyarə ilə Dubaya aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image