image-9backend

Dünya miqyasında yaşı 50-dən aşağı olan insanlarda xərçəng xəstəliyi artıb

image-reklam_sirab_01

Elmi araşdırma göstərib ki, son 30 ildə dünyada yaşı ellidən aşağı olan insanlarda xərçəngə tutulma halları təxminən 80 faiz artıb.

Qlobal erkən zamanda (50 yaşdan aşağı) xərçəng hadisələri 1990-cı ildə 1,82 milyondan, 2019-cu ildə 3,26 milyona yüksəlib.

Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəng ölümləri isə 27 faiz artıb.

2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb; bu, 1990-cı illə müqayisədə 27 faiz artım kimi qeydə alınıb.

Mütəxəssislər halların artmasının səbəblərini düzgün qidalanmamaq, alkoqol və tütündən istifadə, hərəkətsizlik və piylənmə kimi sadalayıblar.

“1990-cı ildən bəri dünyada erkən başlayan xərçənglərin tezliyi və ölüm halları əhəmiyyətli dərəcədə artıb” ifadəsinin istifadə edildiyi araşdırma hesabatında “Sağlam qidalanma, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və müvafiq açıq hava fəaliyyəti də daxil olmaqla sağlam həyat tərzinin təbliği erkən zamanda xərçəngin yükünü azalda bilər” deyilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki