image-1117935backend

Dünyada bir ilk : Hindistan kosmik gəmisi Ayın qütbünə endi

image-reklam_sirab_01

Hindistanın “Çandrayaan-3” Aysalma aparatı Ayın səthinə yumşaq eniş edib.

Beləliklə, Hindistan Ayın Cənub Qütbünə kosmik gəmini uğurla endirən ilk ölkə oldu.

Bu barədə Vətəninfo.az  BBC-yə istinadən xəbər verir.

Alimlər Yerin təbii peykinin cənub qütbündə su tapmağa ümid edirlər.

Hazırda BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrikada olan Hindistanın baş naziri Narendra Modi ölkəsi üçün bu mühüm nailiyyəti yüksək qiymətləndirib.

“Hindistan indi Aydadır… Hindistanın Aya missiyasının uğuru təkcə Hindistanla bağlı deyil… Biz hamımız Aya daha da yaxınlaşa bilərik” dedi Modi.

Avqustun 21-də Rusiyanın “Luna-25” modulu Ayın cənub qütbünə enməli idi, lakin avqustun 19-da “Roskosmos” stansiyada gözlənilməz vəziyyətin baş verdiyini, qurğunun Ayın səthi ilə toqquşduğunu bildirib. 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki