image-default-1backend

Dünyada bir ilk: San-Fransisko hava limanı 14 yaşlı pişiyi işə götürüb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 14 yaşlı pişik San-Fransisko hava limanında heyvan terapiyası qrupuna qoşulub.

Duke Ellington Morris adlı ağ-qara pişik hava limanının ziyarətçilərinə uçuşla bağlı stressi aradan qaldırmağa kömək edəcək. Duke Lilu adlı donuz və Böyük Aleks adlı bir dovşanın artıq işlədiyi hava limanının terapevtik qrupunda pişik ailəsinin ilk nümayəndəsi oldu.

Xilasedicilər onu San-Fransisko küçəsində ac vəziyyətdə tapıb və heyvan sığınacağına göndəriblər. 5 yaşlı qız onu orada görüb və valideynlərini pişiyi evə aparmağa razı salıb. Heyvan caz musiqiçisi Dyuk Ellinqtonun adını daşıyır. Yeni sahiblər pişiyin sakit və mehriban təbiətindən heyran olub və onu “heyvan terapevti” kimi təsdiqləyiblər. On il ərzində Duke heyvan terapevti kimi çalışdı, çətin anlarda onlara təsəlli vermək üçün şəhər xəstəxanalarında xəstələrə baş çəkdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image