Dünyada hər gün 1,6 milyon insanın təhlükəli qidaya görə xəstələndiyi təxmin edilir.
Vətəninfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka (Francesco Branca) sözügedən mövzuyla bağlı BMT Cenevrə ofisinin həftəlik mətbuat konfransındakı çıxışında deyib: “Dünyada hər gün təxminən 1,6 milyon insan təhlükəli qida səbəbindən xəstələnir. Qida ilə bağlı xəstəliklərin 40 faizi 5 yaşdan kiçik uşaqlarda görünür.
Qlobal ərzaq tədarükü getdikcə bir-birinə bağlı olur. Buna görə təhlükəli qidanın yaratdığı risklər tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə bilər.
Dünyanın bir çox yerində humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur.
Qida yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəməlidir”.