Polşa hərbi məhsulların idxalında lider olub. Ondan sonra Rumıniya, Hindistan, İsrail və Hollandiya gəlir. Vətəninfo.az xəbər verir ki , bunu Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin dərc etdiyi reytinq cədvəlinin məlumatları sübut edir.
Cədvəldə 2024-cü ildə ən çox hərbi satınalma müqaviləsi imzalayan 20 ölkə yer alıb.
2024-cü ildə Polşa silah alışına 15,625 milyard dollar xərcləyib (dünya bazarının 12,80%-i). Mərkəzin ekspertlərinin fikrincə, ümumilikdə, son 4 ildə, 2021-2024-cü illərdə Polşa 68,261 milyard dollar dəyərində (qlobal bazarın 13,38%-i) hərbi təyinatlı məhsulların idxalı üzrə müqavilələr imzalayıb və digər əsas silah alıcılarını nəzərəçarpacaq dərəcədə qabaqlayaraq dünyada birinci yeri tutub.
İkinci yeri tutan Rumıniya 2024-cü ildə 10,251 milyard dollar (8,40%), Hindistan 9,410 milyard dollar (7,71%), İsrail 8,2 milyard dollar (6,72%), Hollandiya isə 7,922 milyard dollar (6,49%) dəyərində silah alıb.
Türkiyə 7 milyard dollar dəyərində silah alıb, silah alışına görə altıncı yerdədir.
İlk onluğu müvafiq olaraq İraq, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və İndoneziya tamamlayır.