Vətəninfo.az xəbər verir ki ,Çin Tibet muxtar bölgəsində dünyanın ən böyük hidroelektrik layihəsini inşa etməyə hazırlaşır.
Çinin “Sinxua” informasiya agentliyinin xəbərinə görə, Himalay dağlarının şərqindəki Yarlunq Tsanqpo çayının aşağı axarında inşası planlaşdırılan bəndin tikintisinə icazə verilib.
50 kilometrdə 2 min metrdən çox hündürlük dəyişikliyi olan ərazidə dərin kanyon yaradan Tibet yaylasında Çindən Hindistana axan çayın üzərində tikiləcək bənd dünyada ən böyüyü olacaq.
İldə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən bənd hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Hubei əyalətindəki Üç Vadi bəndindən 3 dəfə çox quraşdırılmış gücə sahib olacaq, illik 88,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Bildirildiyinə görə, tikintisinin 1 trilyon yuana (təxminən 137 milyard dollar) başa gələn bənd bu günə qədər dünyanın ən bahalı infrastruktur layihəsidir.
Bənd yaxın ərazidə külək və günəş enerjisi qaynaqlarının, eləcə də hidroelektrik istehsalının inkişafını təşviq edərək bölgənin təmiz enerji potensialına, Çinin yaşıl və aşağı karbonla çalışmasına töhfə verəcək. Amma bəndin dəqiq yeri və vaxtı barədə məlumat verilməyib.