image-1backend

Dünyanın ən uca və ən balacaboy qadınları görüşdü

image-reklam_sirab_01

Dünyanın ən hündür və ən qısaboy qadınları Ginnesin Rekordlar Kitabına düşməsi münasibəti ilə bir-biri ilə görüşdülər.

Vətəninfo.az xəbər verir ki, dünyanın ən uzun qadını boyu 2 m 15 sm olan 27 yaşlı türkiyəli Rumeisa Gelgi, ən qısa boylu qadın isə cəmi 62,8 sm olan 30 yaşlı hindistanlı Yoti Amgedir.

Görüş zamanı qadınlar boy fərqinə görə bir-biri ilə aktiv ünsiyyət qurmaqda çətinlik çəksələr də, həyat təcrübələrini bölüşməyi bacarıblar.

Qeyd edək ki, Rumeisa Gelgi “Toxucu” sindromuna görə sürətlə böyüyən sümük quruluşuna malikdir və o, gündəlik olaraq əlil arabasından istifadə edir. Cyoti Amge isə cırtdanlığa xas olan sümük xəstəliklərindən biri olan “Axondroplaziya”dan əziyyət çəkir.

Hər iki qadın Ginnesin Rekordlar Kitabına düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image