image-1backend

Dünyanın ən yaşlı insanı vəfat edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, dünyanın ən yaşlı insanı Tomiko İtooka 116 yaşında vəfat edib.

“Kyodo News”un xəbərinə görə, Yaponiyanın Hyoqo prefekturasının rəsmiləri 2024-cü ildə Ginnesin rekordlar kitabına “dünyanın yaşayan ən yaşlı insanı” kimi adı yazılan Tomiko haqqında açıqlama verib. Rəsmilər 116 yaşlı Tomikonun qaldığı qocalar evində həyatını itirdiyini bildiriblər.

O, imperator Meiji dövründə anadan olub və Yaponiya İkinci Dünya Müharibəsinə qatıldığında 32 yaşında idi.

Tomiko İtooka bu adı 117 yaşlı İspaniyalı Maria Branyasın sentyabr 2024-cü ildə vəfat etməsindən sonra əldə etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image