image-img-20241110-wa0039backend

Dünyaya səs salan Zəfər bu

image-reklam_sirab_01

Azərbaycan işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşadakı mədəni irsə xüsusi diqqət yetirir
Şuşa sanki ruhumuzun paytaxtıdır. Şuşan dövlət və millət üçün hədəfdir. Bu torpaqlar Azərbaycan xalqının övladları tərəfindən azad olunub. Bizim qəhrəman övladlarılarımız böyük igidlik göstərərək bu torpaqları azad ediblər. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Şəhidlərimizə rəhmət deyirik, qazilərimizə cansağlığı arzuluyuruq. Və bu gün onlar hər bir insan tərəfində ehtiramla yad olunur. Xaricdə belə, keçirilən tədbirlərdə yad olunurlar. Çünki bu zəfəri bizə məhz onlar qazandırıb.
Prezident İlham Əliyevin Şuşanın azad olunması xəbərini verməsi, 2020-ci ilin 8 noyabrında xalqımızın yaddaşına əbədi olaraq həkk olunmuş bir tarix oldu. Bu an, Azərbaycan xalqı üçün böyük bir qələbə, həmçinin tarixi ədalətin bərpası kimi yadda qaldı. İlham Əliyev, bu mühüm xəbəri özünün şəxsi sosial media hesabları üzərindən və televiziya vasitəsilə milli və beynəlxalq ictimaiyyətə çatdırdı. “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” – deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir. 2020-ci il 8 noyabr tarixində, Prezident İlham Əliyev, özünün “Facebook” səhifəsində və Azərbaycan televiziya kanallarında canlı yayımlanan çıxışında, Şuşa şəhərinin azad edildiyini elan etdi. Bu xəbərin verilməsi anı, yalnız hərbi baxımdan böyük bir zəfər deyil, həm də Azərbaycan xalqının qəlbindəki mədəni və mənəvi qələbə idi.
Prezident İlham Əliyev, Şuşanın azad olunması xəbərini verərkən, əvvəlcə şərəfli Azərbaycan ordusunun və müzəffər qəhrəman əsgərlərinin şücaətini vurğuladı. O, Şuşa şəhərinin Azərbaycan üçün böyük tarixi və mədəni əhəmiyyətini qeyd etdi və bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində böyük bir irəliləyiş əldə edildiyini bildirdi.
Prezident İlham Əliyev, Şuşanın azad olunmasından sonra 2020-ci ilin noyabrında şəhərə ilk rəsmi səfərini həyata keçirdi. Bu səfər, Şuşanın simvolik əhəmiyyətini vurğulayan və Azərbaycanın tarixi qələbəsini təntənəli şəkildə qeyd edən bir an oldu. İlham Əliyev həmin səfərdə deyib ki, Şuşa “Azərbaycanın mədəniyyət paytaxtıdır” və bu şəhərin Azərbaycanın tarixi və mədəni irsi baxımından böyük önəmi var. Prezidentin bu səfəri, yalnız hərbi bir zəfəri qeyd etmək deyil, həm də Azərbaycan xalqının qəlbindəki mədəni və mənəvi qələbəni təcəssüm etdirmək idi. Şuşa, XIX əsrdə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olub, burada çoxsaylı musiqiçilər, şairlər və digər sənətkarlar yetişib. Bu baxımdan, İlham Əliyevin Şuşaya səfəri, Azərbaycanın mədəniyyətini və tarixini dirçəltmək məqsədini daşıyırdı. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Şuşa şəhəri, həm strateji, həm də mədəni baxımdan çox önəmli bir məkandır. Bu şəhərin bərpası və inkişafı üzrə müxtəlif layihələr həyata keçirilir. Şuşada tarixi abidələrin, o cümlədən Şuşa qalasının, məscidlərin və digər mədəni irs obyektlərinin bərpası başa çatdırılır. Eyni zamanda, yeni yaşayış binalarının tikintisi, inzibati və ictimai obyektlərin qurulması istiqamətində işlər görülür. Azərbaycan, işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə beynəlxalq təşkilatları da cəlb edir. Əlavə olaraq, Prezident İlham Əliyev, Şuşa şəhərinin bərpası və inkişafı ilə bağlı həyata keçirilən işlərin bir hissəsi olaraq, bu şəhərin sosial-iqtisadi həyatının qaydaya salınması və yerli əhalinin geri dönməsi məsələlərinə də xüsusi diqqət yetirir. BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq edilərək, bu ərazilərdə daha geniş bərpa və inkişaf layihələri həyata keçirilməkdədir. Eyni zamanda, yerli əhali və qaçqınların geri dönüşü üçün şərait yaradılır.
Azərbaycan, işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşadakı mədəni irsə xüsusi diqqət yetirir. Bir çox tarixi abidələr və dini qurğular işğal zamanı zədələnmiş və məhv edilmişdi. Bu abidələrin bərpası və qorunması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Şuşadakı “Aşağı Gövhər Ağa” məscidi, “Aşağı Gövhər Ağa” məscidi bərpa edilib, “Xan qızı sarayı”, “Şuşa qalası”, “Böyük Qala”, “Qalib Məscidi”, “Cümə Məscidi” və digər tarixi və dini abidələri bərpası davam etdirilir olunub.
Azərbaycan öz zəfəri ilə bütün dünyaya səs salıb. 27 sentyabr Vətən müharibəsinin başladığı gündür. 8 noyabr, 20 sentyabr fəxrli günümüzdür. Biz üçün bu günlər qürurlu günlərdir. Çünki bizim tariximzə qızıl hərflərlə yazılmış günlərimizdir. Azərbaycan şanlı zəfər qazanıb. Dünya durduqca azərbaycanlılar bu zəfəri çox böyük fəxrlə qeyd edəcəklər.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image