image-reklam-veteninfo
image-1backend

Durov: Fransa polisi Parisdəki X ofisində axtarış aparır

image-reklam-veteninfo

BFMTV agentliyin mətbuat açıqlamasına istinadən xəbər verir ki, X platformasının sahibi İlon Mask və keçmiş baş direktor Linda Yaccarino aprelin 20-də Paris prokurorluğu tərəfindən dindirilməyə çağırılıblar.

Fransa televiziya kanalları da X-in Paris ofislərində aparılan axtarışlar barədə məlumat verir.

Prokurorun hərəkətləri 2025-ci ilin yanvar ayında alqoritm manipulyasiyası və qanunsuz məlumat toplama iddiaları ilə bağlı açılan istintaqla bağlıdır.

***

Telegram sosial şəbəkəsinin təsisçisi Pavel Durov İlon Maskın sahibi olduğu X şəbəkəsinin Paris ofisində axtarışların getdiyini bildirib.

Durov yazır:

“Fransa polisi hazırda Parisdəki X ofisində axtarış aparır.

Fransa dünyada insanlara istənilən ölçüdə azadlıq təklif edən bütün sosial şəbəkələri — (Telegram, X, TikTok)… cinayətkarcasına cəzalandıran yeganə ölkədir.

Çaşmayın: bu, azad ölkə deyil.”

X şəbəkəsinin sahibi İlon Mask hələ ki, məsələyə açıq reaksiya bildirməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki