image-1backend

Durovun  həbs müddəti uzadıldı

image-reklam_sirab_01

Fransada məhkəmə Telegram messencerinin təsisçisi Pavel Durovun həbs müddətini 48 saat uzadıb, AFP istintaqa yaxın mənbəyə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, həbs maksimum 96 saat davam edə bilər, bundan sonra hakim ya onu azad etməli, ya da Durova qarşı ittiham irəli sürməlidir.

Bloomberg həmçinin Telegram-ın təsisçisinin həbsinin uzadıla biləcəyini yazıb. Qeyd olunur ki, Fransa qanunlarına görə, həbs müddəti yalnız bir dəfə uzadıla bilər.

Fransa hakimiyyəti Durovun işi ilə bağlı rəsmi şərh verməyib. Yalnız Telegram komandası şərhini dərc edib. Orada deyilir ki, şirkətin baş direktorunun gizlədə biləcəyi heç nə yoxdur, o, tez-tez Avropanı gəzir və Telegram AB qanunlarına, o cümlədən Rəqəmsal Xidmətlər Qanununa uyğundur.

“Platformanın və ya onun sahibinin həmin platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”, bazar günü şərhində vurğulanır. Həmçinin bildirilir ki, dünyada bir milyarda yaxın istifadəçi Telegram-dan ünsiyyət vasitəsi və mühüm məlumat mənbəyi kimi istifadə edir.

Avqustun 24-ü axşam saatlarında Fransa mediası Telegram-ın qurucusu Pavel Durovun Fransaya çatan kimi Le Burje hava limanında həbs edildiyi barədə məlumat yayıb. O, dindirilib və nəzarətə götürülüb. Durov Azərbaycandan şəxsi təyyarə ilə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki