image-1backend

Düzqışlaq kəndində keçirilən səyyar qəbulda vətəndaşları maraqlandıran vacib məsələlər öyrənilib

image-reklam_sirab_01
Ağstafa RİH başçısı Seymur Orucovun Düzqışlaq kənd tam orta məktəbində baş tutan növbəti səyyar qəbulunda yerli hüquq-mühafizə və digər strukturların rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı, Prezident İlham Əliyevin konkret tapşırığına əsasən respublikanın hər yerində mütəmadi olaraq təşkil olunan vətəndaşların səyyar qəbullarının yüksək əhəmiyyətindən söz açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi xəttinin mərkəzində dayanan milli maraqlar, ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması prinsipləri bu gün layiqincə həyata keçirilir. Əhaliyə xidmət müstəvisində vətəndaş–məmur münasibətlərinin səmərəli qurulması, öyrənilən ictimai rəyin düzgün qiymətləndirilməsi, operativliyin, çevikliyin artırılması dövlətimiz tərəfindən hər bir məmurun qarşısına qoyulmuş başlıca vəzifələrdəndir.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması ilə əlaqədar nəzarətə götürülüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image