image-reklam-veteninfo
image-1backend

Əbu-Dabidən Tehrana mesaj: “Bu düşüncə tərzi bölgəyə yalnız iztirab gətirib”

image-reklam-veteninfo

BƏƏ-nin Federal Milli Şurasının Müdafiə, Daxili İşlər və Xarici İşlər Komissiyasının rəhbəri Əli əl-Nəimi İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın BƏƏ diplomatı Lana Nəsibənin BMT-nin baş katibi vəzifəsinə namizədliyinə dair tənqidlərinə cavab verib.

Vətəninfo.az xəbər verir ki, Əl-Nəimi İranı regionda qeyri-sabitliyin yaranmasında ittiham edib və Qalibafın açıqlamalarının Yaxın Şərqə ciddi iztirablar gətirən “dağıdıcı düşüncə tərzini” əks etdirdiyini bildirib.

BƏƏ rəsmisi Lana Nəsibənin diplomatiya, peşəkarlıq və ölkələr arasında əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərqin gələcəyini münaqişələrdən faydalanan qüvvələr deyil, sülhü dəstəkləyən tərəflər müəyyən etməlidir.

BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş da Qalibafın açıqlamalarını “obyektivlikdən uzaq” kimi qiymətləndirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki